Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
AvroMedia.Az xəbər verir ki, Şəmkir Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb.
Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir.
Həmçinin 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir.Qaydalara əsasən, vəfat edən şəxsin 40 mərasimində isə limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir.
Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil edilməlidir.
Şəmkir Rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl etməyə çağırıb.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır