Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, "baton" çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir.
AvroMedia.Az xəbər verir ki, Baku TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.
"Baton" çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb", - alıcılardan biri belə deyib.Satıcılardan biri isə bildirib: "Qiymət artımı yoxdur, nə zavod, nə də "baton" çörəyində".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Agentlik tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb:
"Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib.
Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər".

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?