Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
AvroMedia.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə bir və tam orta təhsil səviyyəsi üzrə bir şagird olmaqla, ümumilikdə iki şagird uğur əldə edib. Müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarımilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirmək imkanı qazanıblar.
Qeyd edilib ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında Bakıdakı keçirilən imtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 10 şagird biliklərini nümayiş etdirib.
Məlumatda bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları"na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır