Bu gün Audiovizual Şuranın iclası keçirilib, lisenziya üçün müraciətlərə baxılıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: “Kinobox” olmaqla) verilməsi haqqında qərar qəbul edib.
İclasda həmçinin, “Mahnı” MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: “Mahnı TV” olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda “Aznet Technologies” QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən “Aznet” və “Araznet” operator xidmətləri üçün verilmiş lisenziyaların “Aznet Technologies” MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır