Ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib.
AvroMedia.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən xəbər verir ki, hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir.
İlkin nəticələrə əsasən, prosesin yekununda 100-ə yaxın namizəd vakant vəzifələrə təyin ediləcək.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.
Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilib. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşıb.Müsahibə mərhələsinə növbəti həftə başlanılacaq. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır