Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.
AvroMedia.Az İTV-yə istinadən xəbər verir ki, tunel tikintisinin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.
“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.
Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır