“Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir”.
AvroMedia.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək: “Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də sabah yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır”.
Gülşad Məmmədova deyib ki, fevralın 10-12-də yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır