Yuxu pozğunluğu yetkinlərdə diş əti xəstəliyi riskinin artması ilə əlaqələndirilir.
AvroMedia.Az xəbər verir ki, bu, “Frontiers in Oral Health” jurnalında dərc olunmuş genişmiqyaslı araşdırmanın müəllifləri tərəfindən əldə edilən nəticədir.
Belə ki, tədqiqatçılar 52 fərdi tədqiqatı əhatə edən 13 sistematik icmalın və meta-analizin nəticələrini birləşdiriblər. Əksər tədqiqatlarda yuxu keyfiyyətinin aşağı olması, qısa yuxu müddəti kimi yuxu pozğunluqlarının olması diş əti xəstəliklərinin daha yüksək riski ilə əlaqələndirilib.
Lakin müəlliflər nəticələrin heterogen olduğunu vurğulayıblar. Çünki burada siqaret çəkmə, stress və ya xroniki xəstəliklər kimi qarışıq amillərin təsirini istisna etmək çətindir.
Buna baxmayaraq, alimlər nəticələrə əsaslanaraq yuxunun ağız sağlamlığında potensial rol oynadığına inanırlar. Çünki yuxu pozğunluqları və diş əti xəstəlikləri ortaq bir mexanizmə malikdir: xroniki iltihab.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır