Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
AvroMedia.Az xəbər verir ki, M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində xidmətə başlayıb. O, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir M. İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır