Beynəlxalq IQ Testi (International IQ Test) dünya ölkələrinin əhalisinin orta zəka əmsalına (IQ) görə hər il yenilənən reytinqin nəticələrini dərc edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə “International IQ Test” rəsmi saytı məlumat yayıb.
137 ölkənin yer aldığı siyahıda Cənubi Koreya, Çin və Yaponiya ilk üçlükdə qərarlaşıb.
İlk onluğu isə İran, Avstraliya, Rusiya, Sinqapur, Monqolustan, Yeni Zelandiya, Vyetnam tutub. Azərbaycan siyahıda 57-ci, Gürcüstan 21, Ermənistan 26, Türkiyə isə 69-cu sırada yer alıb.
Siyahıda sonuncu sırada isə Somalidir.
Qeyd edək ki, reytinq 137 ölkə və ərazidən 1,2 milyon insan üzərində aparılan testlərin nəticələrinə əsaslanır. Bütün respondentlər intellektual qabiliyyətlərini qiymətləndirmək üçün eyni tapşırıqları yerinə yetiriblər.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır