Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər isə bir neçə dəfə artıb.
AvroMedia.Az “Xezerxeber”ə istinadən xəbər verir ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar.
Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıta sifariş aparırsa , əks istiqamətdə, yəni, Sumqayıtda sərnişin götürmək üçün onun bu şəhər üzrə də buraxılış kartı olmalıdır. Əks halda, sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək.
Sürücülər deyirlər ki, bir ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda, bu, avtomatik olaraq qiymət artımına səbəb olur. Hazırda isə qiymətlər artıb.Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi