Adətən yemək yedikdən dərhal sonra qəbul etdiyimiz bəzi qidalar və ya gördüyümüz işlər sağlamlığımıza ciddi zərər vura bilər. Diyetoloqlar yeməkdən dərhal sonra qadağan olunan fəaliyyətlərin siyahısını hazırlayıblar.
AvroMedia.Az sözügedən siyahını təqdim edir:
Çay içmək
Əsas yeməkdən dərhal sonra desertlə birlikdə çay içmək orqanizm üçün böyük stres yaradır. Metabolizm yavaşlayır və problemli bölgələrdə artıq piy yığılır.
Siqaret çəkmək
Alimlərin son araşdırmaları göstərib ki, yeməkdən dərhal sonra siqaret çəkmək sağlamlığa ciddi zərər verir.
Meyvə yemək
Meyvələri yalnız yeməkdən bir saat əvvəl və ya bir saat sonra qəbul etmək olar, amma dərhal yemək olmaz. Bu, həzm prosesini yavaşladır və qarın ağrısı, şişkinliyə səbəb ola bilər.
Duş qəbul etmək
Xüsusilə isti su qanı dərinin səthinə sürətlə çəkir və mədədaxili orqanlardan qan axını azaldır. Nəticədə həzm prosesi pozulur, yemək yavaş və pis həzm olunur.
Yatmaq
Yeməkdən dərhal sonra yatmaq yuxunun keyfiyyətinə mənfi təsir edir, xüsusilə gecə. Diyetoloqlar məsləhət görürlər ki, gecə yatmadan ən azı üç saat əvvəl qida qəbulu olmalıdır.
Axşam yeməyi yüngül olmalı, mümkün qədər zülalla zəngin olmalıdır. Bunun üçün yağsız pendir və ya süzülmüş pendir ideal variantdır.
Yanlış qidalanmanın nəticələri artıq çəki, sellülit, pozulmuş metabolizm və digər problemlərə yol açır. Bunlar isə sağlam həyat tərzi və müntəzəm məşqlərlə aradan qaldırıla bilər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?