"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş "QS Avropanın ən yaxşı universitetlərinin reytinqi"ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il altı Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.
Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında, universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından, Azərbaycan üçüncü yeri tutur.QS Avropa reytinqində ölkə üzrə ilk üçlükdə aşağıdakı universitetlər yer alır:
1. Azərbaycan Dövlət İqtisad Universiteti - 271-ci yer;
2. Bakı Dövlət Universiteti - 278-ci yer;
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 349-cu yer.
Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il "Akademik nüfuz", "İşəgötürənlər arasında nüfuz", "Məşğulluq nəticələri", "Əcnəbi müəllim payı" və "Müəllim-tələbə nisbəti" kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?