Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüşüb.
AvroMedia.Az xəbər verir ki, görüş zamanı əsas diqqət özəl sektor və dövlət sektorunda idarəetmədə tətbiq olunan müxtəlif metodlar, struktur dəyişikliklərin idarə olunması, düzgün kadr seçimi məsələlərinə yönəlib.
Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır