Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb.
AvroMedia.Az "Manset"ə istinadla xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.
Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.Məlumatı FHN-in Mətbuat Xidmətdən təsdiqləyiblər.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır