“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayıb. Bu təhsil ocaqlarından biri də Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbidir.
AvroMedia.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şagird tutumu 960 nəfər olan məktəbdə hazırda ümumilikdə 335 şagird təhsil alır. Tədris prosesinin səmərəli təşkili məqsədilə məktəbdə 27 nəfər təhsil verən fəaliyyət göstərir. Eyni zamanda, təhsil müəssisəsinin inzibati və texniki fəaliyyətinin təmin olunması üçün 10 texniki işçi çalışır. Bu göstəricilər məktəbin həm pedaqoji, həm də təşkilati baxımdan formalaşmış struktur olduğunu nümayiş etdirir.
Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbi müasir texniki və tədris infrastrukturu ilə seçilir. Məktəbdə 4 STEAM otağı, 2 İKT kabineti, 6 laboratoriya, kitabxana və idman zalı şagirdlərin istifadəsinə verilib. Yaradılan bu imkanlar şagirdlərin elmi biliklərinin, texnoloji bacarıqlarının və praktik düşünmə qabiliyyətlərinin inkişafına geniş şərait yaradır.
Qeyd edək ki, Cəbrayıl şəhərində müasir təhsil müəssisəsinin fəaliyyətə başlaması şagirdlərin doğma torpaqlarda keyfiyyətli təhsilə çıxışının təmin olunmasına, eyni zamanda bölgədə sosial həyatın bərpasına və dayanıqlı inkişafın gücləndirilməsinə mühüm töhfə verir.








Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?