Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qobustan şəhərində yerləşən Cümə və Heydər məscidlərini, həmçinin Diri Baba türbəsini ziyarət edib.
AvroMedia.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
O, dini müxtəlifliyin düzgün təbliğinin cəmiyyətdə ayrı-seçkilik və qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasında vacib amil olduğunu deyərək maarifləndirici layihələr, o cümlədən dini qurumlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə toxunub.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, din xadimləri insanların mənəvi tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi məsuliyyət daşıyırlar. İbadət evlərinə müntəzəm səfərlərin əsas məqsədi onların fəaliyyəti ilə yerində tanış olmaq, həmçinin qarşıda duran prioritetlər barədə fikir mübadiləsi aparmaqdır.
Din xadimləri Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin cəmiyyətin bütün təbəqələri, o cümlədən dini icmalar tərəfindən dəstəkləndiyini, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə həyata keçirilən tədbirlərdə bundan sonra da fəal iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıblar.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır