Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.
AvroMedia.Az xəbər verir ki, sakinlərin bir qismi İctimai TV-yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərini bildiriblər.
Onların sözlərinə görə, kənd yerlərində hava şəraiti şəhərlərlə müqayisədə daha sərt keçir.Bu səbəbdən qaz sərfiyyatı artaraq müəyyən edilmiş limiti aşır və nəticədə ödənişlərin məbləği ailə büdcəsi üçün ciddi problemə çevrilir. Belə hallarda ailə üzvləri bir otaqda toplaşaraq odun sobası vasitəsilə isinməyə məcbur qalırlar.
Bəzi sakinlər yaranmış vəziyyətdən çıxış yolunu iri şəhərlərə köçməkdə görürlər.
Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatlar bildiriblər ki, bu cür hallar şəhərlərin həddindən artıq yüklənməsinə səbəb olur və problemin həlli üçün xüsusi dövlət proqramı hazırlanmalıdır.
Deputatların fikrincə, atılacaq addımların əsas istiqamətlərindən biri məhz kommunal xərclərin azaldılması olmalıdır

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır