FHN təlim keçirdi
Tarix: 24-01-2026, 11:13
Baxılıb: 6 521
Google+ Paylaş
Tumblr Paylaş

FHN təlim keçirdi

24-01-2026, 11:13

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon M.Həsənov adına Şiləvar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.

AvroMedia.Az  xəbər verir ki, təlimdə FHN-in cənub bölgəsində fəaliyyət göstərən yerli qurumlarının müvafiq qüvvələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən zəlzələ və yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Daha sonra praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri “zərərçəkmişləri təhlükəli ərazidən” təxliyə edərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ