Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir. Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.
AvroMedia.Az xəbər verir ki, Baku.ws-in Fonddan əldə etdiyi məlumata görə, gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.
Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.
Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?