Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Bakıda Türkiyənin İzmir şəhərində yerləşən NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik” mövzusunda kurs keçirilib.
AvroMedia.Az xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan kursun əsas məqsədi hərbi qulluqçuların rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.
Kurs ərzində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “Rabitə təminatı”, “İnformasiya texnologiyaları”, “Kibertəhlükəsizlik” və digər mövzularda brifinqlər təqdim edilib, nəzəri və praktiki məşğələlər təşkil olunub.Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?