AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya” ilə NDC (“New Distribution Capability”) standartına əsaslanan “FLX Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.
“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.
“FLX Select” eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.
“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi