Türkiyə Ali Təhsil Şurasında (YÖK) qurumun sədri, professor doktor Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə imzalanma mərasimi keçirilib.
AvroMedia.Az "Haber Globala"a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Erol Özvarun sözlərinə görə, eyni tarixə, ortaq mədəniyyətə və gələcəyə dair vahid baxışa malik olan, xüsusi qardaşlıq münasibətləri ilə bağlı Türkiyə və Azərbaycan arasındakı möhkəm əlaqələr bu gün elm və təhsil sahəsində institusional və davamlı əməkdaşlıqlar vasitəsilə daha da gücləndirilir.
Əməkdaşlığı mühüm və strateji addım kimi dəyərləndirən Özvar qeyd edib ki, imzalanacaq anlaşma memorandumu çərçivəsində köklü tarixə və beynəlxalq nüfuza malik İstanbul Texniki Universitetinin bilik və təcrübəsi Qarabağ Universitetinin inkişafına əhəmiyyətli töhfə verəcək.AvroMedia.Az "Haber Globala"a istinadən xəbər verir ki, mərasimdə çıxış edən Erol Özvarun sözlərinə görə, eyni tarixə, ortaq mədəniyyətə və gələcəyə dair vahid baxışa malik olan, xüsusi qardaşlıq münasibətləri ilə bağlı Türkiyə və Azərbaycan arasındakı möhkəm əlaqələr bu gün elm və təhsil sahəsində institusional və davamlı əməkdaşlıqlar vasitəsilə daha da gücləndirilir.
Professor Özvar vurğulayıb ki, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, ikili diplom proqramları, eləcə də mühəndislik sahəsində ortaq laboratoriya fəaliyyətləri bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, ali təhsil sahəsində qurulan hər bir strateji tərəfdaşlıq Türkiyə və Azərbaycanın ortaq gələcəyinə qoyulan mühüm sərmayədir.
Erol Özvar həmçinin gələcək dövrlərdə bakalavr səviyyəsində əməkdaşlıqla yanaşı, magistratura, doktorantura və doktoranturadan sonrakı mərhələlərdə də elm və texnologiya sahəsində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin hədəfləndiyini bildirib. O, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin tapşırıqları əsasında iki ölkə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması istiqamətində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi