Dünyanın nüfuzlu qiymətləndirmə agentliklərindən biri olan "Times Higher Education" (THE) tərəfindən 2026-cı il üçün təhsil sahələri üzrə fənn reytinqləri dərc olunub.
AvroMedia.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərində ilk dəfə yer qazanıblar.
Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə dördə yüksəlib. Belə ki, "Mühəndislik" və "Fizika elmləri" sahələri ilə yanaşı, bu ildən Azərbaycan "Biznes və iqtisadiyyat" və "Sosial elmlər" sahələri üzrə də aşağıdakı kimi təmsil olunur:
- "Mühəndislik" - Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti;
- "Fizika elmləri" - Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti;
- "Biznes və iqtisadiyyat" - Azərbaycan Dövlət İqtisad Universiteti;
- "Sosial elmlər" - Azərbaycan Dövlət İqtisad Universiteti.
Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında beş istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi