Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Elməddin Əsgər oğlu Bəşirov qurumun tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Elməddin Bəşirov 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.
O, əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlayıb, 2009-2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.2023-2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi