2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
AvroMedia.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya 0,6% artım deməkdir.
Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi