Azərbaycanda əlilliyə görə əmək pensiyası əlillik statusunun müəyyən olunduğu müddətə təyin edilir. Yəni bu pensiya daimi deyil və tibbi-sosial ekspertiza tərəfindən göstərilən vaxt bitdikdə ödəniş dayandırıla bilər.
AvroMedia.Az -ın məlumatına görə, qanuna əsasən, əgər əlillik müddəti başa çatır və şəxs yenidən müayinədən keçmirsə, pensiya əlilliyin bitdiyi gündən kəsilir. Həmçinin, növbəti yoxlamada şəxs əmək qabiliyyətli hesab edilərsə, həmin aydan sonrakı ayın 1-dən pensiya dayandırılır.
Ancaq pensiyanın yenidən bərpası mümkündür. Əgər əlillik müddəti bitdikdən sonra şəxs 6 ay ərzində yenidən tibbi-sosial ekspertizadan keçərək əlilliyini təsdiqlədərsə, pensiya yenidən təyin olunur. Bu halda bəzi hallarda əvvəlki dövr üçün də ödəniş aparıla bilər.
Qeyd edək ki, əlilliyə görə əmək pensiyasının minimum məbləği 320 manatdır. Hesablanan pensiya bu məbləğdən az olarsa, dövlət tərəfindən ən azı 320 manat ödənilir.İlhamə Hüseyni

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi