Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməyəcək. Belə ki, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunda təəssürat yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi ilə bağlı məlumatların yayılması qadağan olunur.
AvroMedia.Az xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Vətəndaşlardan biri bildirib ki, sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən paylaşımlar onu ciddi şəkildə narahat edirdi:
"Belə paylaşımların olmaması daha yaxşıdır. İnsanlar etika çərçivəsində danışmalı və davranmalıdırlar".
Hüquqşünas Mircavid Miriyev qeyd edib ki, sözügedən əməllərə görə inzibati məsuliyyət müəyyən olunub. Onun sözlərinə görə, bu cür pozuntulara yol verən şəxslər barəsində 500 manatdan 1 000 manatadək cərimə tətbiq edilə bilər.
Eyni zamanda, işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət hesab edilmədikdə 30 günədək inzibati həbs də nəzərdə tutulur. Zəruri hallarda inzibati həbsin müddəti 1 aydan 2 ayadək uzadıla bilər.
Bundan əlavə, həmin xətanı törətmiş və barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tərəfindən bu pozuntunun qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halında 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq ediləcək.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi