ARB telekanalında 10.01.2026-cı ildə yayımlanmış “Səkkiz” psixoloji kriminal serialının bir epizodunda efir qaydalarına zidd etik normalara uyğun olmayan ifadə səsləndirilib. Bu hal redaksiya nəzarətində yol verilmiş diqqətsizlik nəticəsində meydana çıxıb.
AvroMedia.Az xəbər verir ki, bunu ARB telekanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mail Əskərov sosial media hesabında paylaşıb.
"Telekanalımız ictimai məsuliyyətini və tamaşaçı etimadını hər zaman üstün tutaraq bu cür halları yolverilməz hesab edir. Sözügedən insidentə görə bütün tamaşaçılarımızdan, xüsusilə də həssaslıq göstərən ictimaiyyət nümayəndələrindən səmimi şəkildə üzr istəyirik.
Məsələ dərhal araşdırılıb və analoji halların təkrarlanmaması üçün əlavə texniki və redaksiya tədbirləri görülüb.Telekanalımız bundan sonra da qanunvericiliyin, efir etikası prinsiplərinin və ictimai dəyərlərin qorunmasına sadiq qalacaq" - o bildirib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi