21 yanvar tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.
İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.
Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.Qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.
Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəli dəyişiklik edilmədən qüvvədə qalacaq.
Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkət vasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir, hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texniki baxışını və təmirini həyata keçirir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi