“Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib”.
AvroMedia.Az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır:
“Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib.
Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir, əsas məsələ odur ki, SSRİ dövründə 270 mln.-luq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli deyil...”

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi