Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.
AvroMedia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?