Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib.
Bildirilib ki, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə yerində aparılmış qiymətləndirmələr zamanı bəzi subyektlər tərəfindən təqdim edilən daxili audit hesabatlarında əks olunmuş vəziyyət ilə faktiki durum arasında uyğunsuzluqlar aşkarlanıb.
Qeyd olunanlar əsas götürülərək, kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkilib.
İclasda həmçinin müvafiq normativ hüquqi mexanizmlərin tətbiqi, həyata keçirilmiş tədbirlər, kibertəhdid məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq üzrə praktik nəticələr müzakirə edilib.
Eyni zamanda, mövcud çağırışlar nəzərə alınaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə olunub.
İclasın yekununda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hazırlanmış yekun hesabat qəbul edilib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi