Cəmiyyətdə son illər yas mərasimlərinin müddəti və keçirilmə forması ilə bağlı müzakirələr getdikcə aktuallaşır. Xüsusilə, uzunmüddətli və xərcli yas adətlərinin dini əsaslara nə dərəcədə uyğun olub-olmaması sual doğurur. Bu baxımdan gələcəkdə yas mərasimlərinin daha qısa tutulması mümkündürmü sualı gündəmə gəlir.
“İslamda ölüyə üç gündən artıq yas saxlamaq ənənəsi yoxdur və bu qayda Peyğəmbər və Əhli-Beyt dövründə də bu şəkildə olub. Dəfn günü insanlar mərhuma hörmət əlaməti olaraq bir araya gəlir, yaxınlarına maddi və mənəvi dəstək göstərir, başsağlığı verirlər. Uzaqda olan və dəfnə çata bilməyən şəxslər də üç gün ərzində yas mərasiminə qatılaraq bu vəzifəni yerinə yetirə bilərlər”.
İlahiyyatçı əlavə edib ki, yas mərasimlərində dəbdəbə və israfçılıq dini baxımdan düzgün hesab edilmir və günah sayılır. Onun fikrincə, uzunmüddətli və təmtəraqlı yas mərasimləri İslamın ruhuna ziddir.
“Yas mərasimlərinin daha sadə və qısa formatda keçirilməsi üçün din xadimləri tərəfindən maarifləndirmə və təbliğat işi aparılmalıdır. Bunun üçün isə ilk növbədə din xadimlərinin özlərinin bu mövzuda maarifləndirilməsi və müvafiq təlimatlandırılması vacibdir”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi