Yanvarın 13-ü Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında icra başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında millət vəkili Mahir Süleymanlı, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə çıxış edənlər 2025-ci ilin ölkəmizdə, eləcə də Şabran rayonunda bir çox sahələrdə inkişaf ili olduğunu qeyd edib, il ərzində müxtəlif sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
2025-ci ilin aprel ayında Şabran rayonunun ərazisindən keçən çaylarda sel daşqını nəticəsində rayonda yaşayış evlərinə, təsərrüfatlara, eləcə də infrastruktura dəymiş ciddi ziyanın aradan qaldırılması ilə bağlı müxtəlif qurumların gördüyü işlər barədə məlumat verilib. Müvafiq qurumlar tərəfindən ilkin mərhələdə evinə ciddi ziyan dəymiş 17 rayon vətəndaşı üçün fərdi mənzillərin tikintisinə başlanılıb.
Rayonun təhsil, idman sahəsində istər ölkə ərazisində, istərsə də beynəlxalq səviyyədə əldə olunmuş uğurlardan bəhs edilib və bu uğurların davam etdirilməsi üçün 2026-cı ildə də səylə çalışılacağı bildirilib.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır