Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.
AvroMedia.Az xəbər verir ki, qonağı səmimi salamlayan K.Heydərov Azərbaycanla Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən nazir ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Əhməd Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır