TƏBİB Ağdərədə minaya düşən Elvin Kərimovun vəziyyəti açıqlanıb.
AvroMedia.Az xəbər verir ki, 1988-ci il təvəllüdlü yaralının müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
"Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, partlayış işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib. Yaralı humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı Elvin Kərimovdur.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır