Ağciyər Xəstəlikləri Mərkəzinin (AXM) təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq onun nəzdində fəaliyyət göstərən Abşeron Regional Xəstəxanasında (ARX) vərəm xəstəliyindən və eyni zamanda, xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üçün dializ müalicəsi təşkil olunub. Artıq ilk pasiyent hemodializ müalicəsinə cəlb edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, hemodializ kabinetində Almaniya istehsalı olan "Fresenius Medical Care" müasir hemodializ aparatı quraşdırılıb. Kabinetdə pasiyentlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Hemodializ kabineti lazım olan tibbi avadanlıqlarla tam təmin edilib.
Tibb müəssisəsində ixtisaslı xidmətin təşkili üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasından (RMX) bir həkim-mütəxəssis, bir ixtisaslaşmış tibb bacısı və bir texnik prosesə cəlb olunub.
Sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə, vərəm xəstəliyinin müalicəsi ilə paralel olaraq hemodializ prosesinə cəlb olunmasıdır.
Görülən tədbirlər AXM-in pasiyentlərə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulub.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?