Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında yer alıb.
O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən il dekabrın 30-u Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibini təsdiq edən Sərəncam imzalayıb.
Şuranın yeni tərkibində yer alan qurumlar arasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi də yer alıb. Fizzə Mirzəyeva da həmin İB-nin üzvü kimi Agentliyin Müşahidə Şurasında təmsil olunur.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıdır.
Qeyd edək ki, M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır