Bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti yollarda ciddi təhlükə yaradır.
AvroMedia.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.
Qeyd olunur ki, duman görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.
İdarə sürücülərə hərəkətə başlamazdan əvvəl işıqlandırma sistemlərinin sazlığını yoxlamağı, sürəti görünüş məsafəsinə uyğun seçməyi, qəfil manevrlərdən və ötmələrdən çəkinməyi, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamağı tövsiyə edib. Zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınmasının məqsədəuyğun olduğu vurğulanıb. Dayanma və ya qəza hallarında isə qəza işıqları və xəbərdaredici nişanlardan istifadə olunması tövsiyə edilib.
Piyadalara yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıqəks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Qeyd edilib ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağıraraq bildirib ki, bir anlıq ehtiyatsızlıq ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol hər kəsin birgə məsuliyyətidir.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır