İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində iki şirkəti – “SOCAR Zone I” və “SOCAR BTBK”nı dövlət qeydiyyatına alıb.
AvroMedia.az Trend-ə istinadən xəbər verir ki, hər iki şirkətin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).
Hər iki şirkət SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanında hər biri min manat sərmayə ilə təsis edilib.
“SOCAR Zone I”in qanuni təmsilçisi Rəşad Zahir oğlu Bəxtiyev, “SOCAR BTBK” MMC-nin isə qanuni təmsilçisi Fərhad İbad oğlu İbadovdur.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi