Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas mərasimlərinin daha sadə formada təşkili ilə əlaqədar yerli ictimaiyyət nümayəndələri, xüsusilə də ziyalılar, ağsaqqallar və digər nüfuzlu şəxslər tərəfindən təşəbbüslər irəli sürülür.
AvroMedia.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə açıqlamada bu təşəbbüslərin ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəldiyi bildirilib.
Qeyd olunub ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur:
“Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır. Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.
Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi