Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.
Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.
Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.
Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi