Elektrikli avtomobillərlə bağlı ictimaiyyətdə formalaşan fikirlərdən biri onların şarj məntəqələrinin azlığıdır.
Bəs əslində elektrikli maşınların qarşısındakı ən böyük maneə nədir?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev AvroMedia.az xəbər verir ki, əsas problem şarj yerlərinin azlığı ilə məhdudlaşmır.
Yasin Mustafayev
Ekspertin sözlərinə görə, elektrikli nəqliyyat vasitələrinin qarşısındakı daha ciddi maneə servis və ehtiyat hissələri ilə bağlıdır:
“Bu sahədə müəyyən miflər dolaşır. Deyirlər ki, elektrikli avtomobillər xarab olduqda təmir edilmir, ehtiyat hissələri tapılmır, ustalar azdır. Əslində isə belə deyil. Bu avtomobillər daxili yanma mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə daha sadə quruluşa malikdir. Daxili yanma mühərriklərində minlərlə hissə var, elektrikli avtomobillərdə isə əsasən mühərrik sarğı və valdan ibarətdir. Bu da onların istismarını həm asanlaşdırır, həm də daha uzunömürlü edir”.
Yasin Mustafayev bildirib ki, bir çox istehsalçılar elektrik mühərriklərinə ömürlük zəmanət verirlər:
“Bu da o deməkdir ki, ciddi nasazlıq ehtimalı yoxdur. Elektrikli avtomobillərin ikinci önəmli komponenti isə akkumulyatordur. Akkumulyatorların utilizasiyası və ya təmiri məsələsi isə hələ yeni bir anlayışdır, amma bu sahədə də inkişaf müşahidə olunur”.
Ekspert həmçinin qeyd edib ki, artıq bir çox servis mərkəzlərində və ehtiyat hissələri dükanlarında elektrikli avtomobillərlə bağlı xidmətlərin göstərilməsi genişlənməkdədir:
“İnsanlar bu avtomobillərdən çəkinməməlidir. Artıq bu, gələcəyin nəqliyyatıdır. Ekoloji, iqtisadi və komfort baxımından bu maşınlar daha sərfəlidir. Qiymət baxımından da münasibdir. Üstəlik, eyni məsafəni daxili yanma mühərriki ilə qət etməklə müqayisədə, elektrikli avtomobillərlə 70-80 faiz daha az xərcə getmək mümkündür. Proses artıq geri dönüşsüzdür və bu sahədəki miflərin zamanla aradan qalxacağı gözlənilir”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi