Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev YAŞAT Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.
Qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi