Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir.
AvroMedia.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O qeyd edib ki, adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır:
“Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər:
Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi