2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta risklərini aradan qaldırmaq üçün yeni maliyyə aləti tətbiq ediləcək.
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Referans-ın suallarını cavablandırarkən bildirib ki, bu, Mərkəzi Bank tərəfindən təqdim olunacaq və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) alətidir. Alət sahibkarlara xarici kreditləri manatla reallaşdırmaq imkanı yaradacaq.
Ekspert onu da deyib ki, əgər bir şirkət və ya bank xaricdən dollar və ya avro ilə kredit cəlb edərsə, həmin vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirib yerli sahibkarlara təqdim edə biləcək. Bu zaman məzənnə dəyişməsi ilə bağlı risklər Mərkəzi Bank tərəfindən qarşılanacaq. Yeniliyin əhəmiyyəti və üstünlükləri – Azərbaycanda 2015–2016-cı illərdən sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu və bu sahədə ciddi çəkinmələr vardı. İndi isə hedcinq aləti sayəsində bu risklər aradan qalxır.
İqtisadçı bildirib ki, yeni mexanizm xüsusən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və məqsəd onları daha ucuz maliyyə resursları ilə təmin etməkdir. Banklar valyuta riskindən azad olur, bu da onları xarici bazarlardan vəsait cəlbinə daha açıq edir.
Xalid Kərimlinin sözlərinə görə, bu proqram Mərkəzi Bank tərəfindən 600 milyon dollarlıq limit çərçivəsində, 3 il müddətinə həyata keçiriləcək. Banklara və BOKT-lara müəyyən kvotalar ayrılacaq.
Faizlər azalacaqmı?
Bəli, yeni mexanizm kredit faizlərinin də azalmasına səbəb olacaq. Belə ki, banklar xarici bazarlardan daha aşağı faizlə borc alıb, valyuta riskini Mərkəzi Bankın təqdim etdiyi alətlə sığortalayaraq, manatla və daha münasib şərtlərlə kredit verə biləcəklər. Hədcləmə xidmətinin təqribən 3% komissiya ilə təqdim olunacağı gözlənilir ki, bu da əvvəlki dövrlərlə müqayisədə daha ucuzdur.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?