“Apple” şirkəti “iOS 18.6” əməliyyat sisteminin yenilənməsini təqdim edib.
AvroMedia.az bu barədə “iGuides”a istinadən xəbər verir.
Bildirilib ki, “iOS 18.6” yenilənməsində əsas dəyişiklik həm şirkətin daxili mühəndisləri, həm də kənar tədqiqatçılar tərəfindən aşkar edilmiş 30-dan çox təhlükəsizlik boşluğunun aradan qaldırılmasıdır.
Aradan qaldırılmış səhvlər arasında “Foto” tətbiqindəki “Xatirələr” bölməsindən video göndərilməsi zamanı yaranan nasazlıq, həmçinin parol daxil etmədən cihazın söndürmə ekranına keçdikdə “Sağlamlıq” tətbiqinin məlumatlarının əlçatmaz olmasına səbəb olan xəta var.
Qeyd olunub ki, “iOS 18.6” yenilənməsi, əsasən təhlükəsizliyin artırılmasına yönəlib.
Ekspertlər cihazı potensial təhdidlərdən qorumaq üçün yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edirlər.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi