Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qadın sürücülərə müraciət edib.
AvroMedia.az İdarəyə istinadən xəbər verir ki, müraciətdə sükan arxasında olarkən topuqlu ayaqqabı geyinməyin qəza riskini artırdığı bildirilir.
“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir. Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.
Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır. Təhlükəsizliyinizi düşünün, özünüzü və digərlərini qoruyun”, - deyə müraciətdə bildirilir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi