Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
AvroMedia.az xəbər verir ki, bir neçə il öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb.
Buna səbəb həmin dövrdə yas mərasimlərində vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır. Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub.
Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollalar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar.
Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi